Stoltenberq: NATO – Rusiya savaşı başlasa…

39

Son bir neçə gündə Kreml rəhbərliyi Ukraynaya qarşı müharibəsini gücləndirmək üçün birbaşa addımlar atır. NATO Ukraynanı dəstəkləməyə davam edəcək və bu müharibənin ümumavropa münaqişəsinə çevrilməsinə imkan verməyəcək.

Elchi.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu müharibənin Ukrayna hüdudlarından kənarda da genişlənməsi təhlükəsi var. İndi müharibə Ukrayna xalqı üçün çox çətin imtahandır. Lakin NATO ilə Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilərsə, daha da pisləşəcək. Məhz buna görə də alyans bu müharibənin bütün Avropada genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün səy göstərir”, – deyə alyans rəhbəri bildirib.