“Şimali Atlantika Alyansı (NATO) regional ittifaq olaraq qalacaq, o, qlobal miqyasda Avropa qitəsinin hüdudlarından kənarda genişlənmək niyyətində deyil”.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı deyib.
“NATO regional ittifaq olaraq qalacaq, yalnız Avropa ölkələri üzv ola bilər. NATO 5-ci maddənin (kollektiv müdafiə prinsipi) tətbiqi üzrə qlobal alyans olmayacaq”, – deyə Stoltenberq qeyd edib.
Yeganə