NATO-nun baş katibi Stoltenberq əmindir ki, Türkiyə uzun müddət alyansa yeni üzvlərin daxil olmasına mane olmayacaq.
Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, yəqin ki, 2023-cü ildə İsveç və Finlandiya nəhayət, Şimali Atlantika Alyansının rəsmi nümayəndələrinə çevriləcək. Bu barədə o, DPA agentliyinə məlumat verib.
NATO-nun baş katibi əmindir ki, ratifikasiya prosesi vaxtında başa çatacaq və Türkiyə uzun müddət alyansa yeni üzvlərin daxil olmasına mane olmayacaq. Buna baxmayaraq, Stoltenberq İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün konkret tarixləri açıqlamayıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin hərəkətlərini tənqid edərək, terrorçuların ekstradisiyası üçün heç bir konkret addım atmadıqlarını, həmçinin onların hesablarını dondurmağa başlamadıqlarını bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkələr əvvəllər Ankaraya verilən vədləri yerinə yetirməsə, Ankara İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünə razılaşa bilməyəcək.
Şayəstə