Stiven Siqal özünü yüz faiz rusofil, milyon faiz rus hesab edir

53

Aktyor “rus mədəniyyətində böyüdüyünü” qeyd edib.
Elchi.az xəbər verir ki, Amerikalı aktyor, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal yüz faiz rusofil olduğunu, eyni zamanda milyon faiz rus olduğunu bildirib. Sənətçi belə bir bəyanatla çərşənbə axşamı, martın 14-də Beynəlxalq Russofillər Hərəkatının təsis qurultayı zamanı çıxış edib.
“Atam rus idi və mən əslində rus ailəsində böyümüşəm, anam da rus mədəniyyətinə inteqrasiya olunmuşdu… Deyə bilərəm ki, mən yüz faiz rusofiləm, milyon faiz rusam”, – deyə o qeyd edib. Rus mədəniyyətində, eləcə də “Rusiya sevgisi ilə” böyümüşdür.
Seqal həmçinin rusofil hərəkatının sonda həqiqətən qlobal olacağına əminliyini ifadə edib.

Şayəstə