"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Stalinin qoruduğu bəy qızı, müəmmalı partlayış, itkin məzar…

14 May 2016 - 11:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Həmişəki kimi, həmin gün də instituta rəfiqəsi Nadya ilə gəlmişdi. Yenə deyə-gülə cədvələ baxıb, auditoriyaya girdilər. Dərsin başlanmasına hələ 10 dəqiqə vardı. Amma maraqlıdır ki, bütün qrup uşaqları artıq otaqdaydı. Və hamısı da səssiz-səmirsiz başlarını aşağı salıb oturmuşdular. Auditoriyada isə müəllimdən başqa daha iki nəfər vardı. Elə müəllim də başını aşağı salmışdı, dinmirdi. Həmin iki nəfərdən biri dilləndi əvvəl:

 

Bunu da oxuyun

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

– Nuriyeva sənsən?

 

– Bəli.

 

– Auditoriyanı tərk elə.

 

Heç nə başa düşmədi.

 

– Sən artıq tələbə deyilsən. İnstitutdan xaric edilmisən.

 

Yenə heç nə başa düşmədi. Niyə axı?

 

20 yaşlı qızı rektorun otağına apardılar. Rektor da nə deyəcəyini bilmirdi. Amma onunla birgə otağına daxil olmuş o iki nəfərin zəhmli baxışlarına dözə bilmədi:

 

– Qızım, sən institutdan xaric edilirsən. Kimliyini, daha dəqiqi, bəy, mülkədar qızı olduğunu gizlətmisən.

 

– Axı mən…

 

Sözünün dalını gətirməyə imkan vermirlər. Aşağı, dəftərxanaya düşüb sənədlərini götürməyi əmr edirlər…

 

Bir saat sonra isə institutun divarından əmri asılır:

 

“Güvarə Cahangir qızı Nuriyeva sosial mənşəyini gizlətdiyinə görə, fakültənin 308 saylı əmriylə İnstitutdan azad edilsin”.

 

Kim idi 20 yaşlı Güvarə? Azərbaycandan, Gəncədən SSRİ-nin şimal paytaxtına, soyuq və yağışlı Leninqrada necə gəlib çıxmışdı bu qız?

 

Və nəhayət, biz niyə ondan bəhs edirik?

 

Onun haqqında ancaq və ancaq bir-iki mənbədə nəsə tapmaq mümkündür. Azərbaycan dilində isə internet resurslarında onun barəsində bircə kəlmə də yoxdur…Lent.az-ın bu araşdırması onu öz soydaşlarına yenidən tanıtmaq üçün bir fürsətdir.

 

 

***

 

 

Atası Cahangir Nuriyev Şuşa bəylərindən idi. Anası Mənicə Adıgözəlova da zadəgan nəslindən olub. Mirzə Adıgözəl bəyin nəvəsi. O Mirzə Adıgözəl bəyin ki, Tiflisdə Qafqaz canişinliyində xidmət etmiş, sonradan isə Azərbaycan, Qarabağ tarixi barədə məşhur “Qarabağnamə” əsərini yazmışdı.

 

Cahangir bəylə Mənicə xanımın 7 uşağı olub. İki oğlan, beş qız. Güvarə ailənin ikinci övladıydı. 17 dekabr 1912-ci ildə elə Şuşada doğulmuşdu.

 

 

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Cahangir bəy yeni gələn hökumətlə, necə deyərlər, hökumətlik  eləmədi. Torpaqlarının, mal-qarasının, əksər mülklərinin müsadirə edilməsiylə barışdı. Amma Şuşada yaşamaq istəmədi bəy. Ailəsini də götürüb Gəncəyə köçdü. Əvvəl xırda ticarətlə məşğul oldu, sonradan isə dövlət idarələrinin birində kargüzarlıqla. Amma bununla belə uşaqlarının təhsilinə daha çox fikir verməyə başladı. Qızlarını Gəncədə yeni yaranmış sovet əmək məktəblərinə ilk verənlərdən biri də Cahangir bəy idi.

 

Güvarə orta məktəbi 1929-cu ildə bitirdi. Elə bitirən kimi də mühasib və makinaçı kurslarına yazıldı. Kursu bitirən kimi isə Gəncədəki “Qırmızı Azərbaycan” zavodunda işləməyə başladı.

 

…Həmin gün bu xoş xəbəri atasına deməyə ürək eləmirdi. Anasının təkindən sonra atasına yaxınlaşdı. Cahangir bəy isə heç nə demədi. Qızının alnından öpüb xeyir-duasını verdi: Gəncə Dairə İnqilab Komitəsinin zəmanəti ilə Güvarə Tiflisə, Kimya-Texnologiya İnstitutuna oxumağa göndərilirdi.

 

Bu institutda iki il oxudu Güvarə. Fitri istedadı və savadı ilə əksər tələbələrdən seçilirdi. Elə rəhbərlik də bunu görürdü. İkinci kursu bitirən kimi Güvarə təhsilini davam etdirmək üçün bir neçə tələbəylə Leninqrada Metallurgiya İnstitutuna göndərilir. Burada da özündən söz etdirə bilir bu qız. Qısa müddətdən sonra ona dərsdən sonra bir zamanlar SSRİ-nin ən böyük zavodlarından olan “Krasnıy putiloves”də təcrübə keçmək şansı da yaradılır. Təcrübə isə onun elmi fəaliyyətində ilk addımlarını atmağa böyük kömək edir.

 

 

***

 

…Güvarə sənədlərini götürüb institutdan getsə də, geri dönmək uğrunda mübarizəyə başlayır. Stalinə belə məktub yazır. Atasının indiki sosial statusunu xüsusi qeyd edir. Təhsil almaq, alim olmaq arzusunu bildirir.

 

1935-ci ilin martında Novruz bayramı ərəfəsində atası Cahangir bəyi NKVD-yə çağırırlar. Anası Mənicə xanım ərinin əşyalarını toplayır: gedər-gəlməzə gedirdi deyə. Cahangir bəy həyat yoldaşı və evdəki uşaqları ilə halallaşıb evdən çıxır. NKVD-də isə onu gülərüzlə qarşılayırlar. Qızının Stalinə məktubunu göstərirlər.

 

– Artıq təhsilinə davam edə bilər. Yoldaş Stalin şəxsən göstəriş verib.

 

Cahangir bəyin, necə deyələr, ürəyi üstünə gəlir… 1935-ci ilin martında Güvarə ali məktəbə bərpa olunur.

 

Ali məktəbi bitirən kimi onun təyinatını təcrübə keçdiyi zavoda verirlər. Əvvəl əridici işləyir. Bir aydan sonra isə onun usta təyin edirlər. Az sonra isə Nemirovskinin məxfi laboratoriyasına işə götürürlər. Gecə-gündüz çalışan Güvarə və iş yoldaşlarının zəhməti bəhrə verir – X18N9 markalı polad növünü ala bilirlər. Sonradan “Pravda” qəzeti yazacaqdı:

 

“Sexdə xüsusi polad növünün hazırlanmasına çoxdan başlanmışdı. Maddənin necə alındığını isə sexdə az adam bilirdi. Nəhayət, yeni polad növünün əsas yaradıcısı Güvarə Nuriyeva polad əridən sobadan ayrıldı. Təlimata tam əməl edilmişdi. Yeni polad növü hazır idi. Bu, inqilab idi”.

 

Tezliklə SSRİ-nin domna sobalarında yeni polad növünün alınması barədə xəbər bütün Avropanın bürüdü. Sonradan, Güvarə Nuriyeva və onun ideya müəllifi olduğu xüsusi tərkibə malik dözümlü zirehi metaldan hazırlanan T- 34 tanklarına atəş açacaq almanlar belə nə baş verdiyini anlamayacaqdılar. Onların atdığı mərmilər tanka dəyib yayınacaqdı. Və bəlkə də heç vaxt bilməyəcəkdilər ki, bütün bunların səbəbkarı bir azərbaycanlı qızdır…

 

Müharibədən söz düşmüşkən, Leninqrad mühasirəyə düşəndə şəhərdən ilk çıxarılanlardan biri də Güvarə Nuriyevanın çalışdığı laboratoriya və sex idi. Urala, Nijni Taqilə köçürtmüşdülər onları. İ.S.Semyonov, S.M.Lebedev, Y.E.Leviç, Z.M.Nemirovski və Güvarə Nuriyeva elmi tədqiqatlarını davam etdirirdilər. Stalin bu adamların təhlükəsizliyini qorumaq üçün xüsusi mühafizə də ayırmışdı. Cəbhəyə isə xüsusi metaldan hazırlanmış təyyarə və tanklar getməkdə davam edirdi.

 

 

***

 

 

Komanda bir də Leninqrada 1944-cü ilin avqustunda qayıtdı. Müharibə hələ başa çatmamışdı. Yenə gücləndirilmiş iş rejimi, yenə saysız-hesabsız təcrübələr.

 

…Sovet qoşunlarının Berlinə yaxınlaşmasından radioda xəbər tutdular onlar. Sexdə əməlli şadyanalıq idi. Az, lap az qalmışdı qələbəyə. Güvarə həmin gün birinci növbədəydi. Sex işçilərinə təlimatlarını verib çıxacaqdı. Əlindəki dəftərçədə domna sobasında çalışan ustaya yaxınlaşırdı ki…

 

…Domna peçi partlamışdı. Sonradan nə qədər araşdırılsa da, peçin hansı səbəbdən partlaması barədə düz-əməlli izahat verilməyəcəkdi. Partlayış isə Güvarə Nuriyeva və daha 6 iş yoldaşının həyatına son qoymuşdu. Qələbəyə vur-tut 7 gün qalmış…

 

33 yaşlı şuşalı qızı Leninqradda dəfn edirlər. Onun qəbri isə indi it-bata düşüb, yeri bilinmir…

 

Previous Post

Stalinin qoruduğu bəy qızı, müəmmalı partlayış, itkin məzar…

Next Post

Azərbaycan neftinin qiymətinin sabit qalması mümkün deyil

Bənzər yazılar

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...

Next Post

Azərbaycan neftinin qiymətinin sabit qalması mümkün deyil

Azərbaycan neftinin qiymətinin sabit qalması mümkün deyil

Son xəbərlər

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26
Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24
Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22
Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20
Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: “Terrorsuz Türkiyə” prosesi ilə bağlı tarixi addım atdıq

11 Sentyabr 2026 - 21:42
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb

11 Sentyabr 2026 - 21:39
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

11 Sentyabr 2026 - 21:33
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq

11 Sentyabr 2026 - 19:25
Xarici diplomatlar Qarabağ Universitetində olublar

Xarici diplomatlar Qarabağ Universitetində olublar

11 Sentyabr 2026 - 19:17
Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

Dunay çayında rekord quraqlıq: suyun səviyyəsi tarixi minimuma düşüb

11 Sentyabr 2026 - 19:08
Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

Almaniyada qatardan düşməkdən imtina edən qadın polisi dişləyib

11 Sentyabr 2026 - 18:54
Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

11 Sentyabr 2026 - 18:40
Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

Lukaşenko: “30 il oğurluq etməmişəm, bundan sonra da etməyəcəyəm”

11 Sentyabr 2026 - 18:29
Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

Norveç şahzadəsi Astrid Mod İngeborq vəfat edib

11 Sentyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.