SpaceX orbitə daha 56 Starlink peyki göndərir

104

Kosmik nəqliyyat şirkəti SpaceX-ə məxsus 56 Starlink internet peykini orbitə daşıyan Falcon-9 raketi ABŞ-ın Florida ştatından uğurla buraxılıb.
Elchi.az xəbər verir ki, sahibkar iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX orbitə daha 56 Starlink peyki göndərib.
İnternet peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 03:31-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb.
Falcon-9-un təkrar istifadə edilə bilən birinci mərhələ gücləndiricisinin Atlantik Okeanındakı “A Shortfall of Gravitas” adlı pilotsuz platformaya enəcəyi açıqlanıb.
Digər tərəfdən, SpaceX, dünyanın müxtəlif yerlərində internetə qoşulmaqda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti təmin etmək üçün inkişaf etdirildiyi bilinən Starlink peyklərindən 46-nı keçən həftə orbitə göndərdi.

Şayəstə Hüseynova