"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şotlandiya parlamenti Xocalı soyqırımını tanıdı – FOTO

22 Fevral 2017 - 22:31
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

İran səfiri Küveyt XİN-ə çağırılıb

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Xəbər verildiyi kimi, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilib, parlamentin sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya Parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı soyqırımına siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin qanlı qırğına siyasi qiymət verilməsi haqqında Qətnamənin mətni Parlamentin saytında yerləşdirilib.

Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını Qətnamə Layihəsinin mətninə əlavə etməklə təklif olunan sənədin qəbul edilməsinə dəstək veriblər.

Qəbul olunmuş Qətnamədə Azərbaycan ilə Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-ci illərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı Qətnamədə Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.

Sənəddə, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxladığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə dəstək ifadə olunur.

Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən fevralın 22-də Şotlandiya Parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olublar.

Previous Post

`Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq`

Next Post

Naxçıvan Ali Məclisi toplanır

Bənzər yazılar

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10

Küveyt Xarici İşlər Nazirliyi (XİN) iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatları ilə hücumdan sonra İranın səfiri Məhəmməd...

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb. Elchi.az -ın  məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib....

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Hindistana 830 min 049,03 ton xam neft ixrac edib. Elchi.az -ın Dövlət Gömrük Komitəsinə istinadən...

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

27 Noyabr 2026 - 13:18

2000-ə yaxın estoniyalı azərbaycanı turist kimi ziyarət edib Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın...

Next Post

Naxçıvan Ali Məclisi toplanır

Naxçıvan Ali Məclisi toplanır

Son xəbərlər

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10
Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb

27 Noyabr 2026 - 19:56
Sabah bu rayonda 3 saat işıq olmayacaq

Sabah bu rayonda 3 saat işıq olmayacaq

27 Noyabr 2026 - 19:27
Azərbaycanda bu müəssisə özəlləşdirildi

Azərbaycanda bu müəssisə özəlləşdirildi

27 Noyabr 2026 - 19:20
Belarusda “Faceit” kiberidman platforması bloklanıb

Belarusda “Faceit” kiberidman platforması bloklanıb

27 Noyabr 2026 - 19:13
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib

27 Noyabr 2026 - 19:05
Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

Geyim nəhəngləri etirazlara görə sifarişlərin 10%-ni Banqladeşdən köçürüb

27 Noyabr 2026 - 18:56
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub

27 Noyabr 2026 - 18:43
Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

Avropanın beş ölkəsi 400-dən çox “CV90” piyada döyüş maşını alır

27 Noyabr 2026 - 18:25
Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq işi üzrə həbsdə qalacaq

27 Noyabr 2026 - 18:09
Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

Azərbaycan və BMT sahibkarlıq və insan kapitalının inkişafını müzakirə etdi

27 Noyabr 2026 - 17:59
İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

İraq Türkiyə ilə birləşdirən köhnə neft kəmərinin bərpasına başlayıb

27 Noyabr 2026 - 17:48
“Traktor”un qadın futbol klubu qalib gəldi

“Traktor”un qadın futbol klubu qalib gəldi

27 Noyabr 2026 - 17:42
FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

FHN-in Aran Regional Mərkəzi müşavirə keçirdi – FOTO

27 Noyabr 2026 - 17:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.