Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün “YouTube” kanalında Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi hərbi əməliyyatın əvvəlində qarşıya qoyulan bütün məqsədlərə nail olduğunu bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadə xəbər verir.
Soskin qeyd edib ki, Ukraynanın artıq öz silahları, tankları, artilleriyaları, təyyarələri, helikopterləri və raketləri yoxdur. Bundan əlavə, Soskin Rusiyanın tərkibinə yeni ərazilərin daxil edildiyini xatırladıb.
“Əlbəttə ki, denazifikasiya baş verib”, -deyə ekspert bildirib
Soskin vurğulayıb ki, Vladimir Putin SVO başlamazdan əvvəl vəd etdiyi hər şeyi yerinə yetirdi.
O, həmçinin qeyd edib ki, Kiyev 2022-ci ilin yazında İstanbul sazişinin şərtlərinə razılaşsaydı, Ukraynanın mənfi nəticələrinin əksəriyyətinin qarşısını almaq olardı.
Yeganə