Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, Çin prezidenti Xi Jinping ilə bu yay Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Olimpiya atəşkəsi və dünyada münaqişələrin dayandırılması məsələlərini müzakirə edəcək.
Elchi.az xəbər verir ki, Fransa liderinin sözlərini ‘‘RMC‘‘ məlumat yayıb.
Makron qeyd edib ki, bu ideyanı həyata keçirmək üçün bütün səylərini əsirgəməyəcək, onun sözlərinə görə, ona beynəlxalq tərəfdaşlar, o cümlədən tezliklə Parisə səfərə gələcək Çin lideri kömək edəcək.
Makron həmçinin bildirib ki, təhlükəsizliklə bağlı təhdid yaranarsa, ehtiyat tədbiri olaraq 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi Trokadero və ya Stade de France ilə məhdudlaşdırıla bilər.
Qeyd edək ki, martın sonunda Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi ölkənin Daxili İşlər Nazirliyinə mümkün terror aktları ilə əlaqədar Olimpiya Oyunlarının açılış mərasimini keçirməkdən imtina etməyi tövsiyə edib.
Havar Şəfiyeva