"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Sosial şəbəkələrdə təhqir edənlər cəzalandırılacaq-yeni qanun

19 Dekabr 2025 - 13:20
in CƏMİYYƏT
FacebookVatsap

Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Bunu da oxuyun

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

Sabah 40 dərəcə isti olacaq

Layihə barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edərkən bildirib:

“Prezident İlham Əliyevin imzası ilə qanunvericilik təşəbbüsü qaydasında milli varlığımızı, onun tərkib hissəsi olan mənəvi dəyərlərimizi informasiya ehtiyatlarında qeyri-əxlaqi fəaliyyətlərdən qorumağa xidmət edən mühüm dəyişiklik layihəsi müzakirənizə təqdim olunur.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-cü maddəsinə 13-2.3.6-1. bəndi əlavə olunur.

Düzəlişdə deyilir: “kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni, əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması” qadağan edilir.

Qanuna düzəlişin zərurəti sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərlə zidd, qeyri-etik paylaşımlar və çağırışların çoxalması, cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir göstərilməsi, xüsusilə yeniyetmə və gənclərin davranış modellərində dəyişiklik yaradılmasıdır.

Həqiqətən dövlətin coğrafi sərhədlərindən fərqli olaraq, informasiya məkanı hüdudsuzdur. İctimai mənəviyyat və milli-mənəvi dəyərlər qorunmadıqda, torpaq, vətən və milli kimlik itirilir.  Sosial şəbəkələrdə qeyri-əxlaqi paylaşımlar, məzmunlar, hekəyələr və süni intellekt əsaslı  botlar, klik beytlər müasir müharibələrin yeni növüdür”.

Z.Oruc bildirdi ki, Prezident İlham Əliyev hər zaman ailə institutunun və milli-mənəvi dəyərlərin qorunmasını dövlətin təməl prinsiplərindən biri kimi qiymətləndirib: “BDU-nun 100 illiyi ilə bağlı tədbirdəki tarixi çıxışında, Vətən müharibəsinin çağırışının yer aldığı çağırışında ölkə başçısı demişdi, sitat:” bəzi ölkələrdə qadınla kişi arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq…”

Doğrudan da cəzasızlıq mühiti sosial şəbəkələri bəzən antiailə və antiəxlaq platformasına çevirir. Mədəni aşınma ərazi bütövlüyü təmin olunan ölkənin mənəvi suverenliyi üçün təhlükəyə çevrilir. Əxlaqsızlıq normaya çevrildikdə, aqressiya və laqeyidlik artır, vahid millət yox, xaotik kütlə formalaşır.

Ailə institutunun və əxlaq normalarının məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir. Gənclərin davranış modellərinin deformasiyası məhz gördüyünü təkrarlayan, “trend” olanı norma sayan, qeyri-etik davranışı “cəsarət” kimi təqdim edən, yanlış qəhrəmanlar seçən, nəsillərarası böhrana səbəb olan bir gerçəklik formalaşdırır”.

Komitə sədri qeyd etdi ki, mənəvi dəyərlər milli kimliyin sütunudur: “Onlar zəiflədikdə, dilə, adət-ənənəyə, ailəyə münasibət dəyişir, yad modellər düşüncəsiz surətdə köçürülür, “zorakılıq, narkomaniya, cinsi istismar artır. İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlik göstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılması tələbi əslində cəmiyyətdən gəlir. Layihənin müzakirəyə çıxarıldığı son 10 gündə  istər media, istərsə də geniş ictimai fikirdə ona açıq dəstək verən cəmiyyətimizin sağlam təbəqəsini görürük. Söz azadlığı və beynəlxalq reytinqlərdə yer davası aparanlar  əxlaqi pozuculuqdan qazananlardır.

Problem təkcə etik çərçivələrin pozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir. Xüsusilə, Teleqram kanalları və tik-tok platfromasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə  fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsi senzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlik cinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir.

Təəssüflər olsun ki, Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquq sistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiya platformalarını silaha çevirən qlobal gücdür. Avropada yaradılan terror mediası, mağara təfəkkürlü xainlər dəstəsi dövlət başçısı və hakimiyyət institutları əleyhinə daim qeyri-əxlaqi yayımları, kontentləri və simulyasiyaları linç alətinə çeviriblər”.

Deputat bildirdi ki, qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər, “əxlaqsızlıq azadlıqdır” hökmü  ilə milli dəyərləri yox etməyə çalışanlardır: “Fiziki və ya hüquqi şəxslərin ləyaqətini aşağılayan, onları cinsi davranış və ya aktlarla assosiasiya edən, qrafik obraz və ya digər vasitələr üzərindən alçaldıcı hərəkətləri paylaşan və ya ictimai paylaşanlara qarşı Avropa ölkələrinin çoxunda qanuni məsuliyyət  tətbiq olunur. Onlar Fransa və Almaniyada inzibati qaydada 1000–3000  avro cərimə və ya 15–30 sutka inzibati həbslə cəzalandırılır. Törədilən hərəkət siyasi, ictimai xadimə, qadına qarşı gender motivli və ya sistematik xarakterli olursa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bəli, dövlət təkcə ordudan, güc strukturlarından, yaxud iqtisadiyyatdan ibarət deyil, ilk növbədə,  dəyərlərdən, tarixi yaddaşdan, inamdan və ictimai  mənəviyyatdan ibarətdir. Ona görə də layihə əxlaq qanunu və mənəviyyat polisi yaratmağı deyil, məhz  milli varlığı və gələcəyini qorumağa xidmət edir”.

Previous Post

Şəkərli diabet xəstələri dərmanları bu apteklərdən PULSUZ ala bilər

Next Post

“Supertoys”da bütün Yeni il məhsulları topdan qiymətə satılacaq – 20 dekabrda

Bənzər yazılar

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi...

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Elchi.az...

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55

Fövqəladə Hallar Nazirliyi (FHN) gəncləri fövqəladə hallarda kömək etmək üçün könüllü proqramına çağırır. Elchi.az xəbər verir ki, təhsilindən asılı olmayaraq...

Next Post
“Supertoys”da bütün Yeni il məhsulları topdan qiymətə satılacaq – 20 dekabrda

"Supertoys"da bütün Yeni il məhsulları topdan qiymətə satılacaq - 20 dekabrda

Qaraciyər və böyrək köçürülməsi əməliyyatları ilə bağlı VACİB XƏBƏR

Qaraciyər və böyrək köçürülməsi əməliyyatları ilə bağlı VACİB XƏBƏR

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.