"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sosial evlərin iki xeyri-tikinti canlanacaq, iş yerləri açılacaq

26 Aprel 2016 - 10:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

 Sosial evlərin iki xeyri-tikinti canlanacaq, iş yerləri açılacaqEkspertlər bildirirlər ki, tikinti sektorunda canlanma olsa da, daşınmaz əmlak bazarında durğunluq hələ bir müddət də davam edəcək

Bakıda tikinti sektorunda yenidən canlanma olacağı  ilə bağlı ictimaiyyətdə müzakirələr davam edir. Lakin ekspertlər bildirirlər ki, tikinti sektorunda canlanma olsa da, daşınmaz əmlak bazarında durğunluq hələ bir müddət də  davam edəcək. 
Mövzu ilə bağlı musavat.com-a danışan Milli Məclisin   İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov  bildirib ki, sosial evlərin tikilməsi ilə bağlı hazırda ciddi işlər aparılır:
“İpoteka krediti üçün 50 milyon vəsait ayrılıb. İndi bunun müəyyən şərtləri var. Bu şərtlər ətrafında müzakirələr gedir. İpotekada şərtlər elədir ki, bundan  hər kəs yararlana bilmir. Cənab prezident bütün bunları nəzərə alaraq, sosial evlər haqqında  göstərişini verdi. Hesab edirəm ki, sosial evlərin tikilməsi çox vacibdir. Elə insanlar var ki,  onların əmək haqları aşağıdır və ipoteka götürə bilmirlər. Eyni zamanda  ipoteka Bakı və yaxın şəhərləri əhatə edir. Ancaq sosial evlər layihəsi rayonlarda da həyata keçirilir. Bunun üçün müəyyən proqramlar işlənib hazırlanır. Bu istiqamət üzrə çox ciddi işlər gedir. Sosial evlərin tikintisi özəl şirkətlər tərəfindən də aparıla bilər. Burada heç bir problem yoxdur. Biz istəyirik ki,  bu evlər rayonlarda da tikilsin. Çünki orada da evə ehtiyacı olan insanlar çoxdur”.
V. Əhmədov bildirdi ki, sosial evlər layihəsinin başlaması ilə ölkədə tikinti sahəsində də canlanma müşahidə olunacaq: “Bu layihə əsasında həm insanlar evlə təmin ediləcəklər, həm də əlavə  iş yerləri açılacaq. Ümumiyyətlə, dünyada belədir ki, iqtisadiyyatda ciddi böhranlar baş verən zaman  daha çox tikinti sektoruna diqqət edirlər ki, insanlar həm işlə, həm də mənzillə təmin olunsun. Hüquqi-normativ sənədlər hazır olduqdan sonra bu işə başlanılacaq”.
 
Hazırda paytaxtda daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı isə musavat.com-a  bu sahədə uzun müddətdir çalışan Şahin Novruzov danışıb. O bildirib ki, hazırda bazarda tam durğunluqdur. Lakin buna baxmayaraq, yanvar ayı ilə müqayisədə mənzillərin qiymətində 10 faiz bahalaşma var: “Əmlak bazarında əvvəlki aylarla müqayisədə demək olar ki, tam durğunluqdur. Ay ərzində satış demək olar ki, olmur. Bu durğunluq get-gedə də artır. Durğunluğun aradan qaldırılması üçün ipoteka kreditlərini gündəmə gətirdilər. Lakin bunun da şərtləri çox ağır idi. İndi daha da mürəkkəbləşdiriblər. İlkin ödəniş 20 faizdən 40 faizə qaldırılıb. Banklar uzunmüddətli kreditlər vermirlər. Bu isə dolayısı ilə bazara öz təsirini göstərir və durğunluğa səbəb olur. İpoteka ilə ev götürmək artıq xəyalların məhsuluna çevrilib.  Mənzillərin tikintisinə gəlincə isə deyərdim ki, bu sahədə də durğunluqdur. Əvvəlki kimi tikinti işləri aparılmır. Yəni söylənilən o tikinti bumu hələ baş verməyib. Sosial evlərin tikintisi haqqında məlumat var.
Bakının beş rayonunda  beş və doqquz mərtəbəli binaları söküb, yerində çoxmərtəbəli binalar tikəcəkləri ilə bağlı bizdə də məlumat var. Ancaq bu sahədə uzun müddətdir olan adam kimi deyirəm ki, indiki vəziyyətdə belə bir layihənin həyata keçirilməsi mümkün deyil. Görünür, buna görə də  binaların söküntüsünə başlanılmadı. Dörd blokdan ibarət 5 mərtəbəli binada 78, 6 blokluda isə 100 ailə yaşayır. Bu ailələri yerbəyer etmək asan məsələ deyil. Hesab edirəm ki, heç bir ailə qaldığı mənzildən yaxşı şərait vəd olunmayan evə köçməz. Konstitusiyamıza  görə də mülkiyyət toxunulmazdır. Yəni onları heç kim mənzillərindən məcbur çıxara bilməz. Həmçinin bunun mahiyyəti odur ki, mülk sahibi onun qiymətini də özü təyin edir. Ona görə də bu proses uzun zaman və xüsusi proqramlar tələb edir”.
Ş. Novruzov bazardakı qiymətlərdən də danışıb: “Kirayə mənzil bazarında qiymətlər elə yanvar ayında olduğu kimi aşağıdır. Kirayə bazarında həmçinin tələbat da aşağı düşüb. Lakin mənzil bazarında demək olar ki, yanvar ayı ilə müqayisədə 10-15 faiz qiymət artımı var. Ancaq alıcı yoxdur. Qiymət artımı manatın ikinci devalvasiyası ilə əlaqədardır. Lakin yenə də deyirəm ki, satıcılar qiyməti  qaldırsalar da mənzil alan yoxdur”.
Previous Post

Sosial evlərin iki xeyri-tikinti canlanacaq, iş yerləri açılacaq

Next Post

`Ermənilər heç vaxt belə silah görməyib` – Müdafiə Nazirliyi

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

`Ermənilər heç vaxt belə silah görməyib` - Müdafiə Nazirliyi

`Ermənilər heç vaxt belə silah görməyib` - Müdafiə Nazirliyi

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.