Dünyanın ən təhlükə altında olan ekosistemi olaraq bilinən, son 50 ildə bataqlıqların 35 faizi yox olub. Dünyada 2400-dən çox Ramsar Sahəsi var. Bu ərazi Meksikadan daha böyükdür və 2,5 milyon kvadrat kilometr ərazini əhatə edir.
Elchi.az xəbər verir ki, bataqlıqlar haqqında məlumatlılığı artırmaq üçün hər il fevralın 2-də Ümumdünya Bataqlıqlar Günü qeyd olunur.
“Ramsar Konvensiyası” kimi tanınan Su-bataqlıqların Mühafizəsi Konvensiyası 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb.
Konvensiya 170 tərəfi bataqlıq əraziləri qorumaq və onların rasional idarə olunmasını təmin etmək öhdəliyi qoyur.
Dünyada 2400-dən çox bataqlıq ərazi var.
1997-ci ildən ictimaiyyətin diqqətini cəlb etmək üçün qeyd olunan gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 avqust 2021-ci il tarixli qərarı ilə “Ümumdünya Bataqlıqlar Günü” kimi qəbul edilib.
Sözügedən konvensiyaya üzv olan ölkələrdə hər cür sahilboyu və daxili bataqlıqlar “Ramsar ərazisi” adlanır.
Dünyada 2400-dən çox Ramsar Sahəsi var. Bu ərazi Meksikadan daha böyükdür və 2,5 milyon kvadrat kilometr ərazini əhatə edir.
Şayəstə