“ABŞ 1992-cü ildən indiyə qədər Azərbaycana 1.3 milyard dollar yardım göstərib”.
“Report” xəbər verir ki, bunu ABŞ Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Christine Singh ABŞ Dövlət Departamenti, Azərbaycan hökuməti və BMT-nin təşkilatçılığı ilə “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində Bakıda keçirilən Beynəlxalq Miqrasiya Hüququna dair seminarda deyib.
Onun sözlərinə görə, bəzi miqrantlar iş tapmaq məqsədi ilə başqa ölkələrə gedirlər: “Amma miqrantlar bununla da insan alverinin qurbanına çevrilə bilərlər. Bir məsələni də qeyd edim ki, Azərbaycan çox zaman bizim yardımımızdan bəhrələnib. Azərbaycan öz sərhədlərinin qorunmasını gücləndirməldir. Bu, vacib məsələdir. Bu proseslər beynəlxalq miqrasiya siyasətinə uyğun şəkildə aparılmalıdır. Ədliyyə sektorunda qanununun aliliyinə sadiq olmaq lazımdır. Ümid edirəm ki, bu qanunlara riayət etməklə Azərbaycanın biznes mühiti də təkmilləşdiriləcək”.
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib. Elchi.az xəbər verir...




















Son şərhlər