Somalinin baş naziri Həmzə Abdi Barre deyib ki, Türkiyə onlar üçün “dəyişməz müttəfiqdir”.
Elchi.az xəbər verir ki, Somali Xəbər Agentliyi SONNA-nın məlumatına görə, Barre Türkiyənin Moqadişo səfiri vəzifəsinə təyin edilən Alper Aktaşı qəbul etdikdən sonra verdiyi açıqlamada iki ölkə arasındakı əlaqələri vurğulayıb.
Türkiyə ilə köklü qardaşlıq və əməkdaşlıq tariximiz olduğunu vurğulayan Barre, “Türkiyə bizim daimi müttəfiqimizdir” -deyib.
Baş nazir Barre səfir Aktaşı yeni vəzifəsi münasibətilə təbrik edib və Türkiyənin çətin günlərində Somalini dəstəklədiyini və ölkə daxilində müxtəlif inkişaf layihələrinə mühüm töhfələr verdiyinə diqqət çəkib.
Səfir Aktaş əlaqələri möhkəmləndirməyə davam edəcəklərini bildirərək, Somali hökuməti və xalqının göstərdiyi isti qonaqpərvərlikdən məmnunluğunu ifadə edib.
Nuranə Məmmədova