“Ukraynanın hələ də hərbi yardıma ehtiyacı var, lakin indi onun yeni silah növlərinə ehtiyacı yoxdur”.Bu sözləri Almaniya kansleri Olaf Şolz bildirib. Elchi.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Siyasətçi qeyd edib ki, hazırda Kiyevin raket əleyhinə müdafiə sistemləri, tanklar və sursatlara ehtiyacı var. “Belə silahların çatdırılması bizim gələcəkdə etməli olduğumuz işlərin əsası olaraq qalacaq”,- deyə o vurğulayıb. Almaniya kansleri həmçinin Ukraynaya hərbi yardımın uzun müddət lazım ola biləcəyi faktına hazır olmağa çağırıb.
Agentliyin məlumatına görə, bununla Şolz bir daha dolayısı ilə Ukrayna tərəfinin Qərbdən almaq istədiyi döyüşçüləri rədd edib.
Havar Şəfiyeva