Almaniya kansleri Olaf Şolzun sözlərinə görə, istənilən sülh danışıqları Rusiyanın Ukrayna ərazisindən qoşunlarını çıxarması ilə şərtlənməlidir.
Elchi.az DPA agentliyinə istinadən yazır ki, Şolz bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə mətbuat konfransı zamanı deyib.
Şolz əlavə edib ki, onun Braziliya prezidenti ilə ümumi mövqeyi var:
“İkimiz də Rusiyanın işğalını pisləyirik”.
Digər tərəfdən, Lula Ukraynanı “Gepard” zenit qurğuları və ya “Leopard” tankları üçün sursatla təmin etmək ümidlərini açıq şəkildə rədd edib: “Braziliya Ukrayna-Rusiya müharibəsi üçün döyüş sursatlarının ötürülməsində maraqlı deyil. Braziliya sülh ölkəsidir. Və buna görə də Braziliya dolayı yolla olsa belə, həmin müharibədə iştirak etmək istəmir”.
Yeganə