Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaları gücləndirməyi planlaşdırdığını açıqlayıb.
Elchi.az bu barədə erməni mediasına istinadən xəbər verir.
“Biz Aİ olaraq Rusiyaya qarşı sanksiyaları yenidən gücləndirəcəyik…” ,– Şolz vurğulayıb.
Onun sözlərinə görə, bu, Rusiya tərəfi üçün Ukraynadakı planlarının iflasa uğraması ilə bağlı ən aydın siqnal olacaq. Alman siyasətçi Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını hələlik açıqlamayıb. Moskvaya qarşı yeni sanksiyaların tətbiqinin təxmini tarixləri də məlum deyil.
Yeganə