Bu gün Rusiyanın Soçi şəhərində Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanovla Ukraynanın prezident administrasiyasının başçısı Boris Lojkininin görüşü olub.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna prezidentinin mətbuat xidməti bildirib.
“Tərəflər avqustun 17-də Berlin şəhərində Ukrayna, Almaniya, Fransa və Rusiyanın xarici işlər nazirlərinin görüşünün keçirilməsini müzakirə ediblər”, – deyə xəbərdə deyilir.
Həmçinin qeyd edilir ki, Berlin görüşündə müzakirə olunacaq gündəlik məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Twitter səhifəsində yazıb ki, avqustun 17-də Berlində 4 ölkənin xarici işlər nazirlərinin arasında danışıqlar aparılacaq.