Xəbər verdiyimiz kimi, bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistann liderləri arasında görüş baş tutacaq. Görüş zamanı əldə hansı nəticələrin ediləcəyi gündəmin əsas mövzularından biridir. Ən çox diqqət mərkəzində olan məsələ isə Putinin vasitəçiliyi ilə baş tutacaq görüşdə sülh müqaviləsinə dair nəticələrin əldə edilib-edilməməsidir.
Elchi.az xəbər verir ki, mövzu barədə fikirlərini şəxsi Feysbuk hesabında bildirən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Soçi görüşü sülhə deyil, Rusiyanın Azərbaycan ərazisində etnik ermənilər vasitəsilə, yenidən separatizm ocağını saxlamağa xidmət edir.
Politoloq qeyd edib ki, Xankəndində təşkil edilən kütləvi etiraz aksiyaları məhz Azərbaycana Rusiyanın mesajıdır:
“Rusiyanın sülh planı Nikol Paşinyanın siyasi maraqlarına da xidmət etmir. Paşinyanın Rusiyanın planını qəbul edirəm açıqlaması blefdir. Onun danışığına baxmayaraq Rusiyanın sülh təklifini imzalamaz. İlk növbədə Qərbyönümlü siyasət aparan Paşinyan beynəlxalq izolyasiya olunan və Ukraynada məğlub olan Rusiyanın sülh planını qəbul edərsə, ABŞ və Avropa İttifaqını qarşısına almaq olar.
Xüsusilə, Vaşinqton və Brüsselin irəli sürdüyü sülh müqaviləsinin şərtlərini Paşinyan qəbul edib. Belə olan təqdirdə Rusiyanın sülh müqaviləsinin şərtlərini qəbul etməsi, ikili oyun oynamaqdı və Qərbin siyasətinə demarş gəlməkdir. Paşinyan bilir ki, Moskva iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ problemini saxlamaqla onu hakimiyyətdən devirməyi planlayır.
Məhz Rusiyanın təşkil etdiyi Xankəndində keçirilən etiraz aksiyaları Paşinyanın siyasətinə qarşıdır. Bunu Rusiya təşkil edərək hər iki ölkəyə qarşı təzyiq edir. Qeyd edim ki, Kremlin bütün cəhdlərinə baxmayaraq Azərbaycan və Ermənistan Brüssel formatina üstünlük verəcək. Rusiya batan gəmidir, batan gəmiyə nə Ermənistan, nə də Azərbaycan minəcək. Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda bir araya gələ bilərlər.
Rusiya prezidenti “Valday” klubunda çıxışda Azərbaycanin müttəfiq olmadığını açıq şəkildə Ermənistanın müttəfiq olduğunu ela etdi. Belə olan təqdirdə müttəfiqliyi özündə əks etdirən “Moskva” Bəyannaməsi Kreml tərəfindən suya atıldı”.
Yeganə