Sentyabrın 23-də “SOCAR” yanacaq brendi Ukraynada yeni loqotipini təqdim edib. Loqotipin ilk təqdimatı bir gün əvvəl şirkətin Azərbaycan paytaxtındakı baş ofisində keçirilib.
Bu barədə AzərTAc-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.
Təqdimat “Ukraynanın yanacaq-energetika kompleksinin bu günü və gələcəyi” mövzusunda XII Beynəlxalq forumun işində SOCAR-ın iştirakı çərçivəsində keçirilib.
“SOCAR” loqotipinin yeni variantında ölkəmizin mədəniyyətində və tarixində mühüm yer tutan alov simvolu təcəssüm etdirilir. Loqotipdə Azərbaycanın milli bayrağının rəngləri vardır ki, bu da ölkənin beynəlxalq aləmdə təqdim olunması üçün mühüm amildir.
Azərbaycanda SOCAR-ın bütün müəssisə və bölmələrinin, habelə onun təmsil olunduğu ölkələrdə, o cümlədən Ukraynadakı neft şirkətinin yanacaqdoldurma komplekslərinin rebrendinqi ilboyu davam edəcəkdir.
Məlum olduğu kimi, SOCAR (State oil company of Azerbaijan Republic) ARDNŞ-ə məxsus brenddir. Ukraynada SOCAR-ı ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Enerji Ukraina” MMC təmsil edir. O, Kiyev, Odessa, Lvov, Nikolayev, Rovno, Çerkassı, Xmelnik və Poltava vilayətlərində artıq fəaliyyət göstərən premium yanacaqdoldurma kompleksləri şəbəkəsini inkişaf etdirir. Şirkət Polşa, Litva və Belarusun əsas neftayırma zavodlarından “Avro-5” eko-standartına uyğun neft məhsulları ixrac edir.
Hazırda Ukraynada “SOCAR” brendi ilə 39 yanacaqdoldurma kompleksi işləyir.
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 mayda Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Elchi.az xəbər verir...