SOCAR qazın qiymətini artırdı

🗓 03.02.2015 15:00 ✍️ "Elçi" qəzeti
SOCAR qazın qiymətini artırdı
70Buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub SOCAR Georgia şirkəti martın 1-dən çörəkbişirmə kombinatları istisna olmaqla bütün kommersiya şirkətləri üçün təbii qazın qiymətini 15 tetri artıracaq. ANS PRESS xəbər verir ki, bu barədə SOCAR Georgia özü məlumat yayıb. Məlumatda deyilir ki, buna səbəb Gürcüstan milli valyutası - larinin kursunun aşağı düşməsi olub. Martın 1-dən bütün kommersiya şirkətləri (çörəkbişirmə şirkətləri istisna olmaqla) istifadə etdikləri təbii qazın 1 kubmetri üçün ƏDV də daxil olmaqla 90 tetri ödəyəcəklər. Bu gün isə şirkətlər işlətdikləri qazın 1 kubmetri üçün 75 tetri ödəyirlər. AzərTAc
   

Bənzər yazılar