Slovakiyanın müxtəlif şəhərlərində 60 mindən çox insan Robert Fiko hökumətinin cinayət qanunvericiliyində bəzi cinayətlərə görə cəzaların yüngülləşdirilməsini və xüsusi prokurorun cəzalarının ləğvini nəzərdə tutan genişmiqyaslı islahatı həyata keçirmək planlarına qarşı etiraz aksiyasında iştirak edib.
Elchi.az xəbər verir ki, bu barədə “SME” məlumat yayıb.
Nəşr qeyd edir ki, Bratislavadakı 30 min etirazçıya Slovakiyanın 29 şəhərində yüzlərlə və daha minlərlə insan qoşulub.
Nəşrin məlumatına görə, onlardan yalnız 19-da 60 mindən çox insan hökumət əleyhinə mitinqlərdə iştirak edib.
Yanvarın 26-da Slovakiyada on minlərlə etirazçı baş nazir Robert Fikonun hökuməti tərəfindən həyata keçirilən cinayət islahatlarının dayandırılmasını tələb edib.
Ümumiyyətlə, mətbuatda qeyd olunur ki, 2023-cü ilin sonundan ölkədə hökumət əleyhinə mitinqlər keçirilir, buna səbəb Nazirlər Kabinetinin 2023-cü il dekabrın 6-da xüsusi prokurorluğun şöbəsini ləğv etmək qərarı olub. . Nazirlər Kabinetinin qərarında bu prokurorluğun vətəndaşların hüquqlarını pozduğu, səlahiyyətlərindən sui-istifadə etdiyi bildirilir.
ABŞ səfirliyi və Avropa Komissiyası , o cümlədən Slovakiya prezidenti Zuzana Çaputova da prokurorluğun ləğvinə qarşı çıxıblar.
Nuranə Məmmədova