Slovakiyanın baş naziri Robert Fiko Ukraynanın Ujqorod şəhərinə rəsmi səfərə gəlib və burada ukraynalı həmkarı Denis Şmıqal ilə görüşəcək.
Elchi.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
“Slovakiyanın baş naziri Robert Fiko Ukraynaya gəlib”, – mesajda deyilir.
Daha əvvəl Fiko bildirmişdi ki, Ujqorodda Şmıqalla planlaşdırılan görüş bu şəhərin Slovakiyaya yaxınlığı ilə bağlıdır.
Baş nazir onu da bildirib ki, yanvarın 24-də Ujqorodda Denis Şmıqalla görüşdə Ukraynanın NATO-ya üzvlüyünün bloklandığını elan edəcək.
Nuranə Məmmədova