Sunak hökuməti hələ son qərarını verməyib.
Sky News mənbəyə istinadən xəbər verir ki, Böyük Britaniya ilk dəfə olaraq Ukraynanı “Challenger 2” tankları ilə təchiz etmək imkanını nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, “Ukrayna silahlı qüvvələrini Britaniya ordusunun bir sıra “Challenger 2” əsas döyüş tankları ilə təchiz etmək üçün bir neçə həftədir danışıqlar aparılır”, – Deborah Haynes məqalədə qeyd edib.
Nəşr vurğulayır ki, “belə bir addım Qərbin Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artıracaq və digər NATO müttəfiqlərini, xüsusən də Almaniyanı da eyni addımı atmağa sövq edə bilər”.
Qeyd olunur ki, Rişi Sunak hökuməti hələlik yekun qərar verməyib.
Bundan əlavə, məqalədə mənbə Böyük Britaniyanın eskadranı tamamlamaq üçün təxminən 10 “Challenger 2” tankı təklif edə biləcəyini təklif edib.
Şayəstə