“İkinci tur seçkilərdə Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyinə ümüd edirəm. Əlbətdə ki, son sözü türk vətəndaşları deyəcək, onların qərarına hörmətlə yanaşmalıyıq”. Bu sözləri Elchi.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə R.T. Ərdoğan prezident seçilməzsə və Millət İttifaqının prezidenti Kılıcdaroğlu qalib gəlsə belə bunun ölkəmizə böyük bir təsiri olmayacaq:
“Bəziləri düşünür ki, Kılıcdaroğlunun hakimiyyətə gəlişi ilə ölkədaxilimiz də hansısa addımlar atıla bilər, lakin bunların baş verəcəyi proqnozlaşdırılan deyil. Amma istənilən nəticədən asılı olmayaraq ortada görünən məqam ondan ibarətdir ki, ölkənin demokratikləşməsi, seçki mühitinin formalması və siyasi sisteminin möhkəmlənməsi üçün siyasi partiyaların inkişafına çox böyük ehtiyac var”.
Politoloq bunu Türkiyədəki seçkilərin də sübut etdiyini qeyd edir:”Azərbaycanda siyasi partiyaların mövqeyinin möhkəmləndirmək və onların nüfuzunun daha da artırılması istiqamətində konkret addımlar atılmalıdır. Bu birbaşa hakimiyyətin vəzifəsidir. Çünki siyasi partiyalar nə qədər güclü olarsa, ölkənin inkişafı da bir o qədər sürətli olar. Biz Azərbaycan Milli İstiqlal Partiyası olaraq dəfələrlə demişik ölkədə siyasi sistemin güclənməsi üçün ilk növbədə konstitusiya işlərin həyata keçirilməsinə, çoxpartiyalı sistem əsasında seçkinin keçirilməsinə ehtiyac var. Çoxpartiyalı sistem həm partiyaların mövqeyinin güclənməsində irəliləyişlərin əldə olunması istiqamətində çox önəmlidir”.
Havar Şəfiyeva