Misir valyuta böhranından çıxmaq üçün sahil şəhərini BƏƏ-yə 22 milyard dollara satıb. Misir prezidenti Əbdülfəttah əs-Sisinin bu addımı müxalifət tərəfindən sərt şəkildə tənqid edilib.
Elchi.az bu barədə “Euronews”a istinadən xəbər verir.
Misir Birləşmiş Ərəb Əmirlikləri ilə Aralıq dənizi sahilində, paytaxt Qahirədən təxminən 350 kilometr şimal-qərbdə yerləşən Ras Əl-Həkmə bölgəsinə təxminən 22 milyard dollar sərmayə yatırmaq barədə razılığa gəldiyi barədə mətbuatda yayılan xəbərləri rəsmi olaraq təsdiqləyib.
Misir Azad Zonalar Administrasiyasının baş direktoru Hussam Heiba “CNBC Arabia” kanalına bildirib ki, Ras əl-Hikmənin inkişafı layihəsinin 22 milyard dollara başa gələcəyi təxmin edilir.
Ras Əl-Həkmə bölgəsinin inkişafı üçün yerli tərəfdaşlarla işləmək üçün BƏƏ- dən konsorsium seçildiyini qeyd edən Misir rəsmisi layihə üçün ilkin investisiyaların 22 milyard dolları keçə biləcəyini bildirib.
Nuranə Məmmədova