Nitsada naməlum şəxslər Fransanın keçmiş prezidenti Jak Şirakın heykəlinin iki barmağını sındırıblar.
Elchi.az bu barədə Nicematin.com-a istinadən xəbər verir.
Şəhər hakimiyyəti vandalizm aktını pisləyib və abidəni ilkin görünüşünə qaytarmaq üçün artıq heykəltəraş Patrik Freqa ilə əlaqə saxlayıb.
Qeyd edək ki, bu, abidəyə qarşı üçüncü vandalizm aktıdır. Oxşar hadisə 2020-ci ildə, heykəlin açılışından bir neçə gün sonra, digəri isə 2022-ci ilin noyabrında baş verib.
Şirak 1995-2007-ci illərdə Fransa prezidenti olub.
Yeganə