Sinqapurda dəniz səviyyəsi qalxır

133

Sinqapurda yeni elm mərkəzinin köməyi ilə qlobal istiləşmələrə görə dəniz səviyyəsinin qalxmasına qarşı mübarizə aparmaq qərarına gəliblər. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bu yolla ada ölkə öz təhlükəsizliyini qoruyur.

Qeyd edək ki, Sahil Müdafiəsi və Daşqınlara Dayanıqlılıq İnstitutu sentyabrın 7-də açılıb. Qurumun əsas vəzifəsi alçaq əraziləri daşqınlardan qorumaq üçün uzunmüddətli həll yollarını tapmaqdır. Hazırda dəniz səviyyəsi ildə üç-dörd millimetr qalxır ki, bu da ştatın bir hissəsi üçün təhlükə yaradır.

Sinqapurun demək olar ki, üçdə biri dəniz səviyyəsindən beş metrdən az yüksəklikdə yerləşir. Orta illik yağıntı təxminən 2,5 min millimetr təşkil edir ki, bu da şəhər dövlətini indi də daşqınlara qarşı həssas edir. Qeyd edək ki, 21-ci əsrin sonuna qədər orta dəniz səviyyəsinin bir metr artacağı proqnozlaşdırılır.

Havar Şəfiyeva