İspaniyanın Dövlət Meteorologiya Agentliyi (Aemet) yaxın illərdə ölkədə termometrlərin 50 dərəcəyə qədər yüksələ biləcəyini istisna etmir.
Elchi.az xəbər verir ki, bu barədə TASS agentliyinə Aemet-in nümayəndəsi Xose Anxel Nunyes bildirib.
Onun sözlərinə görə, “50 dərəcəyə gəlincə, bu, fiziki cəhətdən mümkün olan bir göstəricidir və yaxın illərdə” krallığın hər hansı bir bölgəsində qeydə alına bilər. “Əslində, ötən həftə bəzi proqnoz modelləri Qvadalkivir çayının vadisində temperaturun 50 dərəcə olacağını proqnozlaşdırırdı, lakin son nəticədə istiliyin proqnozlaşdırılan intensivliyi bir qədər azaldı”, — deyə ekspert əlavə edib. O qeyd edib ki, dəqiq müddəti söyləmək qeyri-mümkün olsa da, yaxın gələcəkdə temperaturun bu həddə çatacağını ehtimal etmək olar.
Məryəm





















