Ermənistan parlamentinin spikeri Alen Simonyan “Lazarev klubu”nun 5-ci Rusiya-Ermənistan iclasına qatılmaqdan imtina edib.
Elchi.az xəbər verir ki bununla bağlı Dövlət Dumasının deputatı Konstantin Zatulinə cavabında Simonyan Səmərqənddə MDB şurasında iştirak edəcəyi üçün tədbirə qatıla bilməyəcəyini yazıb.
Qeyd edək ki, bundan öncə Ermənistan illərlər ermənilərə xidmət edən və yalan, böhtan, şər təbliğatının aparılmasında xüsusi fəallıq göstərən Zatulinin Ermənistana gəlişinə qadağa qoyub.
“Lazarev klubu”nu Zatulin yaradıb və 28 oktyabrda İrəvanda Rusiya-Ermənistan münasibətləri ilə bağlı növbəti geniştərkibli tədbir keçirilməsi nəzərdə tutulurdu.
Türkiyədən İsrailə xəbərdarlıq: Bütün dünyaya təsir edəcək!
Rəfahda mümkün hərbi əməliyyat bütün dünyaya təsirini göstərəcək. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü...