Şimali Koreyanın qısa mənzilli ballistik raketləri 620 kilometr qət edərək Yapon dənizinə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə “Ryonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirir.
Bundan əvvəl, agentlik Şimali Koreyanın Yapon dənizi istiqamətində iki qısa mənzilli ballistik raket atdığını bildirmişdi. Onların KN-23 raketlərinin dəyişdirilmiş versiyaları olduğu güman edilir.
“Şimali Koreya tərəfindən ballistik raketlərin buraxılması Koreya yarımadasında sülh və sabitliyə, eləcə də beynəlxalq ictimaiyyətə zərər verəcək ciddi təxribatdır. Biz bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qətiyyətlə pisləyirik və bu cür fəaliyyətləri dərhal dayandırmağa çağırırıq”, – Qərargah Rəislərinin Birgə Komitəsi bəyan edib.
Qeyd edək ki, Şimali Koreya bu il beşinci dəfə ballistik raketlər buraxıb.
Yeganə