Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq ölkəsinin tezliklə orbitə hərbi casus peyki yerləşdirəcəyini bildirərək, Pxenyanın hərbi müşahidə imkanlarını artıracağını bildirib.
Elchi.az xəbər verir ki, Kim Yo Jong dünən ölkəsinin uğursuz casus peyk buraxma əməliyyatından sonra açıqlama verib.
(Şimali Koreyanın) hərbi kəşfiyyat peyki yaxın gələcəkdə kosmos orbitində düzgün şəkildə yerləşdiriləcək və öz missiyasına başlayacaq”, – Kim deyib.
Şimali Koreyanın uğursuz peyk buraxma əməliyyatı bölgəni həyəcan vəziyyətinə salıb
Cənubi Koreyalı millət vəkili açıqlamasında bildirib ki, raketin sıradan çıxmasına səbəb olan məsələlərin həlli həftələr çəkə bilər.
“Malliqyonq-1” kimi tanınan hərbi kəşfiyyat peykini daşıyan “Çollima-1” raketinin dənizə düşdüyü açıqlanıb.
Şimali Koreyanın KCNA agentliyi qəzadan sonra peykin hissələrinin fotosunu dərc edib.
Şayəstə Hüseynova