Şimali Koreyada keçmiş nazir edam olundu

74

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat ötən ilin yayında və ya payızında edam edilib.

Elchi.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

Məlumata görə, Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi “problem”lər diplomatların edam edilməsinə səbəb ola bilər. Li Yonq Ho 2016-2020-ci illərdə Britaniyada səfir vəzifəsində çalışıb.

Həmsöhbətlərdən biri nəşrə bildirib ki, Şimali Koreya hakimiyyəti xaricdəki nümayəndələrinə nəzarəti gücləndirməyə başlayıb. Edam edilən məmurlara yaxın olan bir neçə diplomat eyni aqibəti yaşayacaqlarından qorxur.

Şimali Koreyanın Böyük Britaniyadakı səfiri kimi Li Yonq Ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda da ölkəsini təmsil edib. Li Yonq Ho 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.