Şimali Koreya bu gün ABŞ-Cənubi Koreyanın qarşıdan gələn hərbi təlimlərinə həlledici cavab veriləcəyi xəbərdarlığından sonra şərq sahillərində dənizə uzaqmənzilli ballistik raket atıb.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Yaponiya hakimiyyəti raketin buraxılışdan bir saatdan çox sonra Yaponiyanın müstəsna iqtisadi zonasının sularına düşdüyünü açıqlayıb.
Nüvə silahına malik Şimali Koreya keçən il qitələrarası ballistik raketlər də daxil olmaqla, misli görünməmiş sayda raket buraxıb.
Cənubi Koreya ordusunun məlumatına görə, uzaqmənzilli raket Pxenyan yaxınlığındakı Sunan bölgəsindən buraxılıb. Sunan, Şimali Koreyanın son qitələrarası ballistik raket sınaqlarının əksəriyyətini keçirdiyi Pxenyan Beynəlxalq Hava Limanına ev sahibliyi edir.
Yeganə