Çin prezidenti Si Cinpin Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Die Zeit” nəşri məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Yohannesburqda keçiriləcək sammitdə ölkənin nümayəndə heyətinə Dövlət Şurasının baş naziri Li Tsyan başçılıq edəcək.
Nəzərə alsaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp əvvəllər sammitdə iştirakdan imtina ediblər, bu, G20-nin yarandığı gündən bu yana ilk dəfədir ki, qrupun üç ən böyük dövlətinin dövlət başçıları sammitdə iştirak etməyəcək.
Məryəm





















