Şirkət Rusiyada müqavilənin təsdiqini gözləyir.
Elchi.az xəbər verir ki, Britaniya-Hollandiya neft-qaz şirkəti Shell, Qazprom Neft-in Salym Petroleum-dakı 50% payını satdığına dair sənədlər imzalayıb. Bu barədə Shell-in hesabatında deyilir.
Aktivlərin satışı prosesini başa çatdırmaq üçün şirkət Rusiyada əməliyyatın təsdiqini gözləyir.
Shell əlavə edib ki, brend hələ 2022-ci ilin iyulunda Salym Petroleum-da şirkətin maraqlarını təmsil edən direktorlar istefa verəndə Salymdakı birgə müəssisə üzərində nəzarəti itirib. Hesabatda deyilir ki, bu fonda Shell-in aktivləri 233 milyon dollar dəyərsizləşib.
Xatırladaq ki, Shell Britaniya, Almaniya və Hollandiyada elektrik enerjisi satan pərakəndə satış müəssisələrini tərk etməyi düşünür. Bu, topdansatış qiymətlərinin artması ilə əlaqədardır ki, bu səbəbdən biznes gəlirsiz ola bilər.
Şayəstə