"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şeyx müsəlmanların Ramazan bayramını təbrik etdi

19 Aprel 2023 - 11:34
in CƏMİYYƏT
FacebookVatsap

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib.

Bunu da oxuyun

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

İtmiş şəhərlərin axtarışında

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Elchi.az təbrikin mətnini təqdim edir:

“Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlər!

Dünya müsəlmanlarının əziz günü — Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və ibadətlərinizin qəbul, dualarınızın müstəcab olmasını diləyirik.

Allahın rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və fərəhi hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımıza bu mübarək ay boyunca ibadətlərini böyük iman sevinci ilə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə və xeyir-bərəkətlərinə qovuşmaq nəsib olacaqdır.

Bu ilki Ramazan bayramını Azərbaycan xalqı davam edən Zəfər əhval-ruhiyyəsi ilə qeyd edir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində rəşadəti sayəsində 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti bərpa etdi, şanlı Zəfərə qovuşdu. Vətənin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edərək uca şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, həqarət olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən böyük işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə dövlət başçımızın rəhbərliyi ilə fövqəladə işlər həyata keçirilir, əsarətdən xilas etdiyimiz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidələrə və ziyarətgahlara, yandırılmış torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər salır, hava limanları, müasir yollar inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyev cənabları ölkəmizin Birinci vitse-prezidenti möhtərəm Mehriban xanımla birlikdə Qarabağa, Şərqi Zəngəzura hər bir səfəri zamanı dövlət əhəmiyyətli infrastruktur obyektlərinin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması, yeni məscid binalarının inşası ilə bağlı əsaslı layihə gerçəkləşdirilir. Xalqımız əmindir ki, bütün Qarabağ bölgəsi tezliklə Azərbaycanın ən gözəl, inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir, inşallah!

Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyada əmin-amanlıq üçün dualar edir. Məğfirət, savab ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu ülvi bayram günlərində valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, şəhid ailələrinə və qazilərə qayğı göstərmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i — Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşər! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalibqərar versin! Allah-Təala Azərbaycanı qorusun! Amin!”.

Previous Post

Şeyx müsəlmanların Ramazan bayramını təbrik etdi

Next Post

Azərbaycan Ordusu prosesə başlayıb – Vanetsyan

Bənzər yazılar

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib. Elchi.az ölkənin Yer Elmləri İnstitutu - Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir...

İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53

 Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan yeni tapıntılar – AZTV-nin eksklüziv reportajı Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması...

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb 110 kV-luq...

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23

2030-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) illik dəyərinin 169,1 milyard manata, o cümlədən qeyri-neft-qaz ÜDM-nin illik dəyərinin 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Elchi.az...

Next Post
Azərbaycan Ordusu prosesə başlayıb – Vanetsyan

Azərbaycan Ordusu prosesə başlayıb - Vanetsyan

Azərbaycan Ordusu prosesə başlayıb – Vanetsyan

Azərbaycan Ordusu prosesə başlayıb - Vanetsyan

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.