“Ermənistan” bloku: “Zəngəzur dəhlizi” məsələsində Moskvadan Ermənistana heç bir təzyiq yoxdur
“Zəngəzur dəhlizi” deyilən şeyi təmin etmək üçün Moskvadan Ermənistana hər hansı təzyiq olduğunu düşünmürəm. Elchi.az-ın məlumatına görə bunu oktyabrın 25-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Kremlin dəhliz məsələsini qaldırdığını görmədi. Onun sözlərinə görə, hazırda infrastrukturun, yolların açılması üçün tədbirlər görülür. “Bizə təqdim olunan iki sənəddən Qərbin təklif etdiyi sənəd nəhayət, Qarabağı itirəcəyimizə gətirib çıxaracaq”, – deyə Ohanyan Rusiyanın daha sərfəli təkliflərinə toxunmadan əlavə edib.
Sevilay Həzi