Serb Respublikası prezidenti Ukraynaya silah tədarükündən danışıb

104

 

Serbiya Bosniya və Herseqovina Respublikasının prezidenti Milorad Dodik Qərb ölkələrinin Ukraynaya silah tədarükündən danışıb. Onun sözlərinə görə, Sarayevo Kiyevə hərbi yardım göstərmək fikrində deyil. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.

 

“Biz görürük ki, indi NATO-nun təsiri və təzyiqi altında bəzi ölkələrin Ukraynaya öz silahlarını tədarük edir və əlavə edib ki, Serb Respublikası onlardan nümunə götürmək niyyətində deyil”.

Bundan əlavə, Dodik Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən Qərb silahlarının Avropanın qara bazarına düşə biləcəyi ilə bağlı açıqlamaları şərh edərək, belə bir ehtimalın olduğunu vurğulayıb.

Havar Şəfiyeva