İranın ballistik raket sınağına ABŞ-ın reaksiyası

50

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Millet Tehranın ballistik raketlərinin İranın 2000 kilometr mənzilli yeni ballistik raket sınağı ilə bağlı regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli təhdid olduğunu bildirib.
Elchi.az xəbər verir ki, gündəlik mətbuat konfransında sualları cavablandıran Miller, İranın orta mənzilli ballistik raket sınağından xəbərdar olduqlarını bildirib və deyib: “İranın ballistik raketləri inkişaf etdirməsi və yerləşdirməsi regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır”.
İranın ballistik raket proqramının daha da irəliləyişinin qarşısını almaq, raketlərin və əlaqəli texnologiyanın digər ölkələrə yayılmasının qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla müxtəlif ehtiyat vasitələrindən istifadə etməyə davam etdiklərini bildirən Miller deyib:
“BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində İranın raket proqramı fəaliyyətlərinə qoyulan məhdudiyyətlərə baxmayaraq, İran qətnamənin müddəalarına zidd olaraq xarici təchizatçılardan müxtəlif raket texnologiyaları almağa və ballistik raket sınaqları keçirməyə davam edir. Daha əvvəl dediyimiz kimi, nüvə silahına malik İran yəqin ki, daha da təxribatçı olacaq, buna görə də biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq”.

Nuranə Məmmədova