14:00
Qətərdə keçirilən Dünya Çempionatının 3-cü gününün oyunlarına start verilib.
Elchi.az xəbər verir ki, hazırda C qrupunda Argentina ilə Səudiyyə Ərəbistanı yığmaları qarşılaşırlar.
Oyun “Lusail” stadionunda keçirilir.
Qrupun digər oyununda Meksika Polşa ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
***
Görüşün 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentina yığmasını önə keçirdi.
***
Oyunun 48-ci dəqiqəsində Səudiyyə Ərəbistanı yığmasının hücumçusu Əl Şəhri hesabata tarazlıq gətirib. 1-1
***
Əl Dausari oyunun 53-cü dəqiqəsində Səudiyyə Ərəbistanı yığmasını önə çıxarıb.
***
Oyun başa çatdı. Səudiyyə Ərəbistanı 2-1 hesabı ilə Argentinanı məğlub etdi.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...





















Son şərhlər