Senat Robin Danniqanı ABŞ-ın Gürcüstana yeni səfiri vəzifəsinə təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə məlumat Senatın Tvitter hesabında dərc edilib.
“Təsdiqləndi: Robin Danniqan Gürcüstan səfiri olacaq. Səsvermə ilə”, – deyə tvitdə qeyd edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bu il fevralın 13-də Robin Danniqanın ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.