EN RU

Seçki Məcəlləsinə dəyişiklik edilir

>

Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Bunu da oxuyun

Elchi.az “Report”a istinadən xəbər verir ki, məcəllənin 3-cü (Ümumi seçki hüququ), 25-ci (Mərkəzi Seçki Komissiyasının vəzifələri), 31-ci (Dairə seçki komissiyasının vəzifələri), 42-ci (Müşahidəçilərin hüquq və vəzifələri), 47-ci (Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası), 59-cu (İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması), 73-1-ci (Namizədin namizədlik statusundan imtina etməsi), 100-cü (Seçki komissiyalarının səsvermə protokolları), 103-cü (Seçki qutuları), 104-cü (Səsvermə qaydası), 105-ci (Səsvermə otağından kənarda səsvermə), 106-cı (Seçki məntəqəsində səslərin hesablanması), 173-cü (Milli Məclisə seçilmiş deputatların qeydə alınması), 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi), 176-cı (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi), 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi), 187-ci (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi), 212-ci (Bələdiyyələrə üzv seçilmək hüququ), 221-ci (Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi) və.s maddəllərində dəyişikliklər edilir.

Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma və texniki xarakterlidir.

Layihə yaxın vaxtlarda deputatların müzakirəsinə veriləcək.

Bənzər yazılar

Next Post

Son xəbərlər

İran ABŞ-ni yeni hərbi avantüralardan çəkindirərək ölkənin ərazi bütövlüyünə yönələn istənilən təhdidə qarşı qətiyyətlə müqavimət göstərməyə hazır olduğunu bildirib.  “Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə telefon danışığı zamanı bildirib.  Qeyd olunub ki, tərəflər regiondakı son hadisələri müzakirə edib və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Əraqçi İran xalqının və ölkənin silahlı qüvvələrinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq qətiyyətini vurğulayaraq, ABŞ-nin İrana son zərbələrini pisləyib.  Əraqçi, həmçinin bildirib ki, ABŞ rəsmilərinin qarşılıqlı anlaşma memorandumuna əməl edilmədiyinə dair bəyanatları Vaşinqtonun öz öhdəliklərini pozduğunu və onun eskalasiya siyasətini davam etdirdiyini göstərir.
WP2Social Auto Publish Powered By : XYZScripts.com