Hindistanda keçirilən G20 sammitinin ilk günündə Almaniya kansleri Olaf Şolz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ünsiyyətdən yayınıb.
Elchi.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.
Nəşrin aydınlaşdırdığı kimi, alman siyasətçi Lavrovun əlini sıxmayıb və ya salamlaşmayıb. Rusiya XİN rəhbərinin sammitin ilk işçi sessiyasındakı çıxışlarını şərh edən Almaniya kansleri qeyd edib ki, bunlar adi hadisələrdir və o, zalda olan kiminsə onları ciddi qəbul etdiyinə şübhə edir.
Bundan əvvəl məlum olub ki, G20 ölkələrinin liderləri yekun bəyannamədə nüvə silahından istifadəyə qarşı çıxıblar. Münaqişə qlobal ərzaq və enerji təhlükəsizliyinə, eləcə də tədarük zəncirlərinə, makromaliyyə sabitliyinə və iqtisadi artıma təhlükə yaradır, iştirakçılar qeyd ediblər.
Nuranə Məmmədova