Avropa Şurasının prezidenti Şarl Mişel Qazaxıstana ilk rəsmi səfəri zamanı Mərkəzi Asiya ölkələri ilə daha sıx əlaqələr qurmağın vacibliyini qeyd edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Mişel Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi mətbuat konfransında mühüm məqamlara toxunub.
O, qeyd edib ki, Mərkəzi Asiya və Avropa getdikcə daha da yaxınlaşır və bir-birinə bağlıdır:
“Qazaxıstan bizim üçün vacib tərəfdaşdır və Aİ əməkdaşlığımızı inkişaf etdirməyə ümid edir. Bu gün baş verən müharibələri pisləmək lazımdır. Təəssüf ki, səfərim Avropa və ümumilikdə region üçün çətin vaxtlarda baş verdi”.
Mişel Mərkəzi Asiya ölkələrinin hamısı-Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın liderləri ilə görüşməyi planlaşdırır. O, Qazaxıstanı Aİ-nin əsas ticarət tərəfdaşı adlandırıb və ölkənin nəqliyyat infrastrukturuna sərmayə qoyulmasına yatırmağa çağırıb.
Yeganə