Dövlət başçısı respublikanın konstitusiya quruluşunu dəyişdirməyə hazırlaşdığını iddia edir.
Elchi.az xəbər verir ki, Moldova prezidenti Maia Sandu bazar ertəsi, fevralın 13-də keçirdiyi brifinqdə ölkədə konstitusiya quruluşunu dəyişdirmək cəhdlərinin hazırlandığını bildirib və respublika parlamentini təhlükəsizlik qanunvericiliyini sərtləşdirməyə çağırıb.
“Moldovada konstitusiya quruluşunu dəyişdirməyə cəhdlər hazırlanırdı”, – deyən dövlət başçısı bu planların “Ukraynalı tərəfdaşlardan” alınan sənədlərlə təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, başqa ölkələrdən vətəndaşların cəlb edilməsi nəzərdə tutulurdu. Prezident bir sıra müxalifət qüvvələri, o cümlədən Şor partiyasını bu təxribat aktlarına cəhddə ittiham edərək, ölkə parlamentini prokurorluğa, eləcə də İnformasiya və Təhlükəsizlik Xidmətinə “məsələ ilə məşğul olmaq imkanı verəcək layihələri tez bir zamanda hazırlamağa” çağırıb.
Xatırladaq ki, 2023-cü ilin fevral ayının əvvəlində Moldovada fövqəladə vəziyyət enerji böhranı, eləcə də Ukraynadakı vəziyyətlə əlaqədar uzadılmışdı. Fövqəladə vəziyyət daha 60 gün uzadılıb.
Şayəstə