Solçu “Peru üçün birlikdə” partiyasının namizədi Roberto Sançes president seçkilərinin ikinci turunda mühafizəkar “Xalq gücü”ndən olan Keyko Fuximorini qabaqlayır.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Peruda yayılan rəsmi məlumatlar göstərir.
Qeyd olunur ki, səslərin 93,2%-nin işlənməsinin nəticələrinə görə, Sançesə 50,008%, Fuximoriyə isə 49,992% səs verilib. Bazar günü səsvermə başa çatdıqdan sonra Fuximori əhəmiyyətli fərqlə liderlik edirdi, lakin səslər sayıldıqca, o cümlədən Perunun kənd bölgələrindən gələn səslər hesabına Sançes üstünlük qazanıb.




















