Şamaxıda köməksiz vəziyyətdə qalan turistlər xilas edildi

181
SHARES
317
VIEWS

>

Şamaxıda köməksiz vəziyyətdə qalan əcnəbilər xilas edilib.

Bunu da oxuyun

Elchi.az FHN-nə istinadən xəbər verir ki, oktyabrın 3-də Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında 2 nəfər Rusiya Federasiyası vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olub.

Nazirliyin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilib, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilib, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin “Ka-32A” helikopteri turistlərin axtarışlarına cəlb edilib.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyənləşdirilib, onların olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilib.

Bundan başqa, həmin ərazidə “UAZ” markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib. Əməliyyat oktyabrın 3-də saat 19:10-da başa çatıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər