Salyanda tanınmış xanəndə Vaqif Qurbanoğlu dünyasını dəyişib.
Elchi.az -ın məlumatına görə, Vaqif Qurbanxan oğlu Babayev bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasına kamotoz vəziyyətdə çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vaqif Babayev 1949-cu ildə Salyan şəhərində doğulub. Tanınmış Aşıq Qurbanxanın oğludur.





















