ABŞ Daxili Təhlükəsizlik Departamenti bir həftə ərzində təhlil mərkəzinin Britaniya kralı III Çarlzın oğlu şahzadə Harri üçün Amerika vizasının alınmasının təfərrüatları ilə bağlı sorğusuna necə baxacağını öyrənməlidir.
Elchi.az-ın Armenpress.am-a istinadən məlumatına görə, bu barədə CNN telekanalı xəbər verir.
“Heritage Foundation” analitik mərkəzi şahzadə Harrinin öz xatirələrində narkotik vasitələrdən istifadə etdiyini etiraf etməsini nəzərə alaraq, onun ABŞ-da olmaq hüququnu qanuni yolla əldə edib-etmədiyini yoxlamağı tələb edir. Federal hakim nazirliyin bunu necə edəcəyini öyrənmək üçün bir həftə vaxt verib.
Dövri nəşrin qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları bu işi Daxili Təhlükəsizlik Nazirliyinin Amerika qanunvericiliyinin pozulması hallarının aşkarlanması istiqamətində genişmiqyaslı səylərindən biri kimi qiymətləndirirlər.
“Bu iş Şahzadə Harriyə aiddir, lakin o, departamentin davranışlarına qarşı yönəlib”, – deyə “Heritage Foundation”-un hüquqşünası Con bildirib.
Xatırladaq ki, şahzadə Harri özünün “Spare” adlı avtobioqrafiyasında 17 yaşında kokaindən istifadə etdiyini etiraf etmişdi.
Yeganə